Basketbol: “NTD-İndiqo” liderlərə çatdı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 12-ci turunun növbəti qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçında “NTD-İndiqo” “Gəncə”nin qonağı olub.

Qarşılaşma Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb – 94:80. Xallarının sayını 22-yə çatdıran “NTD-İndiqo” liderlər qrupundakı “Sabah” və “Xəzri”yə çatıb.

Tura yanvarın 28-də baş tutacaq “Şəki” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Daha əvvəl “Xəzri” “Cəlilabad”ı (100:81), “Xırdalan” “Sabah”ı (107:103), “Sərhədçi” isə “Sumqayıt”ı (91:63) məğlub edib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  2. Xəzri (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  3. NTD-İndiqo (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  4. Xırdalan (12 oyun, 7 qələbə, 5 məğlubiyyət) – 19 xal
  5. Neftçi (11 oyun, 7 qələbə, 4 məğlubiyyət) – 18 xal
  6. Sərhədçi (12 oyun, 5 qələbə, 7 məğlubiyyət) – 17 xal
  7. Cəlilabad (12 oyun, 4 qələbə, 8 məğlubiyyət) – 16 xal
  8. Sumqayıt (12 oyun, 3 qələbə, 9 məğlubiyyət ) – 15 xal
  9. Gəncə (12 oyun, 3 qələbə, 9 məğlubiyyət) – 15 xal
  10. Şəki (11 oyun, 11 məğlubiyyət) – 11 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: