Basketbol: “Şəki” “Gəncə”ni ilk oyunda məğlub etdi

Bu gün kişilər arasında keçirilən Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşması Şəkidə keçirilib. Eyniadlı komanda “Gəncə”ni qəbul edib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Meydan sahibləri overtaymda qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında ikinci matç aprelin 22-də Gəncədə keçiriləcək.

Pley-offun birinci oyunları isə aprelin 19-da başa çatacaq.

Azərbaycan Basketbol Liqası
Pley-offun ilk oyunu
17 aprel

“Şəki” – “Gəncə” 85:84 (24:17, 19:23, 18:19, 20:20, 6:5)
Şəki Olimpiya İdman Kompleksi.

Xəbəri sosial şəbəkələrdə paylaş: