Bu gün – fevralın 27-də “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun açılış oyunu keçirilib.
Arena.az xəbər verir ki, ilk oyun A qrupunda qərarlaşmış “Xəzri” və “Sumqayıt” komandaları arasında baş tutub.
Qarşılaşma paytaxt klubunun 105:81 hesablı rahat qələbəsi ilə başa çatıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu Ceremi Maklaflin olub – 26 xal, 10 ribaund. “Sumqayıt”da isə Smit Roderik fərqlənib – 29 xal, 9 ribaund.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun ilk oyun gününün digər görüşü saat 19:30-da “Cəlilabad” və “Xırdalan” komandaları arasında baş tutacaq.


