Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün – dekabrın 19-da basketbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimi baş tutub

Arena.az xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Basketbol Federasiyasının inzibati binasında təşkil olunub.

2024-cü ilin mart və aprel aylarında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 10 komanda iki yarımqrupda mübarizə aparacaq. Qrup oyunları dairəvi sistemdə keçiriləcək və qruplarda ilk iki yeri tutmuş klublar yarımfinala vəsiqə qazanacaqlar.

A qrupu: “Neftçi”, “Xəzri”, “Cəlilabad”, “Xırdalan”, “Sumqayıt”

B qrupu: “Sabah”, “NTD-İndiqo”, “Sərhədçi”, “Gəncə”, “Şəki”

Qeyd edək ki, Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: