Bu gün kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25 mövsümünün pley-off mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, 3-cü oyunlar çərçivəsində son matç keçirilib.
“Naxçıvan” və “Abşeron” komandaları yarımfinala vəsiqə üçün həlledici oyuna çıxıblar. Nominal ev sahibləri son dövrəyə 1 xal üstün yollansalar da, qonaqlar vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. “Abşeron” görüşün son dəqiqələrində daha yaxşı oynayaraq, 5 xal fərqi ilə qalib gəlib.
Beləliklə, Azərbaycan Basketbol Liqasında bütün yarımfinalçıların adına aydınlıq gəlib. Pley-off seriyasında son vəsiqəyə sahib çıxmış “Abşeron” yarımfinalda “Neftçi” ilə üz-üzə gələcək. Son çempion “Sabah” da finala gedən yolda “Şəki” ilə qarşılaşacaq. İki qələbə qazanan komandalar finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarımfinal matçlarına aprelin 26-da start veriləcək.
Azərbaycan Basketbol Liqası
Yarımfinal, 3-cü oyun
24 aprel
“Naxçıvan” – “Abşeron” 73:78 (9:18, 25:19, 24:20, 15:21)
Bakı İdman Sarayı.


