“Bavariya” səfərdə məğlub oldu, “Borussiya” qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Frayburq” – “Hoffenhaym” oyununda qalib müəyyənləşməyib. “Union Berlin” isə “Verder” üzərində qələbəyə sevinib.

Lider “Bavariya” bu turda “Maynts”ın qonağı olub və məğlubiyyətlə üzləşib. “Ayntraxt” da “Bayer”lə səfər qarşılaşmasından xalsız dönüb.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Dortmund “Borussiya”sı isə bu turda çətin “Volfsburq” səfərinə yollanıb və inamlı qələbəyə sevinib.

Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.

Almaniya Bundesliqası
31-ci tur
23 aprel

Auqsburq – Köln 2:3
Qol: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.

24 aprel

Frayburq – Hoffenhaym 1:1
Qol: Qrifo, 81 – Kramariç, 40.

Maynts – Bavariya 2:1
Qol: Burkardt, 3. Kayson, 37 – Levandovski, 90+4.


Union Berlin – Verder 3:1
Qol: Pohjanpalo, 50; 53; 67 – Selassie, 82.


Volfsburq – Borussiya (Dortmund) 0:2
Qol: Haland, 12; 68.


Bayer – Ayntraxt 3:1
Qol: Beyli, 70. Alario, 80. Demirbay, 90+1 – A.Silva, 90+1.

25 aprel

17:30. Leypsiq – Ştutqart
20:00. Borussiya (Mönhenqladbax) – Arminiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: