“Bavariya”da Boatenq şoku

Almaniya çempionu “Bavariya” ciddi itki ilə üzləşib – Münhen təmsilçisinin müdafiəçisi Jerom Boatenq zədələnib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı müdafiəçinin Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində baş tutan “Borussiya” (Dortmund) ilə matçda sıradan çıxdığı diqqətə çatdırılıb. Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

“Bavariya” – “Borussiya” matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.