“Bayern” 12-ci dəfə Almaniya Super Kubokunu qazandı

Bundesliqanın sonuncu qalibi “Bayern” “Borussiya”ya üzərində qələbə ilə tarixində 12-ci dəfə Almaniya Super Kubokunu qazanıb.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi titullarının sayına görə bu turnirin rekordçusu da olub.

Matç Dortmunddakı “Siqnal İduna Park” stadionunda baş tutub və Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın qollarını 28-ci dəqiqədə Nataniel Braun, 45-ci dəqiqədə Maykl Olise vurublar. “Borussiya”nın heyətində Fabio Silva (75-ci dəqiqə) fərqlənib.

90-cı dəqiqədə “Borussiya”nın müdafiəçisi Rami Bensebaini qırmızı vərəqə alaraq meydandan qovulub.

Xatırladaq ki, “Bayern” ötən mövsüm Almaniya çempionluğunu və Almaniya Kubokunu qazanmışdı. “Borussiya” isə ikinci yeri tutub.

Münhenlilər Almaniya Bundesliqanın yeni mövsümünün ilk turunda 28 avqustda “Ştutqart”la üz-üzə gələcək. “Borussiya” isə 29 avqustda “Hamburq”u qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: