“Bayern” Fələstini dəstəkləmiş Mazraui ilə bağlı qərarını açıqladı

“Bayern” komandanın mərakeşli sağ cinah müdafiəçisi Nussayr Mazrauinin Fələstinə ictimai dəstəyindən sonra rəsmi açıqlama verib.

Arena.az Almaniya nəhənginin rəsmi saytı vasitəsilə yaydığı bəyanatı təqdim edir:

“Bu həftə “Bayern” Mazraui ilə ətraflı və izahlı söhbət aparıb. Müzakirəyə səbəb futbolçunun sosial şəbəkələrdə İsrailə qarşı terrorla bağlı əks təsir və tənqidlərə səbəb olan paylaşmaları olub.
“Bayern” və oyunçu Yaxın Şərq münaqişəsinin və onun zorakılığının sülh tərəfdarı olan Almaniyaya ötürülməsinə qəti şəkildə qarşıdır. Alman siyasi mədəniyyətində uşaqlara qarşı nifrət və zorakılığın yeri yoxdur. “Bayern” Alman yəhudi icmasını və İsraili dəstəkləyir; uşaqların və ailələrin qətlinə heç nə haqq qazandırmır.

“Bayern” futbol klubu hesab edir ki, futbol, xüsusən də ən çətin anlarda müxtəlif mədəniyyətlər arasında barışıq gücünü ortaya qoymalıdır. Mazraui “Bayern”in heyətində qalacaq, amma o, zədə səbəbindən müvəqqəti olaraq sıradan çıxıb”, – klubun açıqlamasında deyilir.

Nussayr Mazraui “Bayern”ə 2022-ci ilin iyulunda azad agent qismində “Ayaks”dan keçib. Müdafiəçinin Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Bayern”in heyətində Mazraui ümumilikdə 35 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə verib. Mərakeşli futbolçu münhenlilərlə geridə qalmış 2022/2023 mövsümündə Bundesliqanın və Almaniya Super Kubokunun qalibi olub.

Nussayr Mazraui 2018-ci ilin sentyabr ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 26 oyuna çıxıb, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı Nussayr Mazrauini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: