“Bayern” futbolçusunu İtaliya klubuna satdı

Almaniyanın “Bayern” klubu fransalı yarımmüdafiəçisi Mikael Kyuizans ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını İtaliyanın “Venesiya” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıblar. Fransız futbolçu A Seriyası təmsilçisi ilə müddəti 2024/25 mövsümünün sonuna qədər olan müqavilə bağlayıb. “Venesiya” bu transferə görə “Bayern”ə 5 milyon avro ödəyib.

Mikael Kyuizans 2019-cu ildən “Bayern”də çıxış edirdi. O, Münhen təmsilçisinin əsas komandasında cəmi 13 oyun keçirib və 2 qol vurub. Ötən mövsüm ölkəsində, Marsel “Olimpik”ində çıxış edən yarımmüdafiəçi, Fransada “Nansi”nin, Almaniyada Mönhenqladbax “Borussiya”sının ikinci komandasında da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: