“Bayern” Marsel Zabitseri transfer etdi – 16 milyon avroya

Almaniyanın “Bayern” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Münhen təmsilçisi “Leypsiq”in yarımmüdafiəçisi Marsel Zabitseri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Avstriya millisinin üzvü ilə müddəti 2025-ci ilin yayınadək olan müqavilə imzalanıb. 27 yaşlı futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Almaniya mətbuatı “Bayern”in bu transfer üçün 16 milyon avrosundan keçdiyini yazıb.

Marsel Zabitser 2014-cü ildə Avstriyanın “Rapid” klubundan “Leypsiq”ə transfer olunub. Lakin o, ilk mövsümündə “Zalsburq”da icarədə oynayıb. Yarımmüdafiəçi ötən mövsüm “Leypsiq”in heyətində 39 oyun keçirib, 9 qol vurub, 7 məhsuldar ötürmə verib. O, Bundesliqa təmsilçisində bütövlükdə 229 matça çıxıb, 52 qol vurub. Zabitser daha öncə Avstriyanın “Admira Vakker” koomandasında da çıxış edib. Avstriya millisində 54 matça çıxan futbolçu, 8 qol vurub.

“Bayern” bu yay Zabitserdən öncə Dayot Upamekano və Omar Riçardsı da transfer etmişdi.