“Gəncə”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 2-ci turunda “Xəzri”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis 76:93 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“İlk turdakı matça baxanda daha yaxşı oynadıq. Amma bu oyunlar bizim üçün hələ hazırlıq görüşləri kimidir. Mövsümün əvvəlində reallaşdıra bilmədiyimiz dövrü belə keçiririk. Müdafiədə böyük çatışmazlıqlar var, məşqlərdə bunun üzərində çalışacağıq. Uduzmaq məyusluq doğurur. Heyətimiz gənclərdən ibarətdir. Daha yaxşı hazırlaşmaları, bir-birinə alışmaları üçün vaxta ehtiyac var”.
Xatırladaq ki, “Gəncə” ilk turda da son çempion “Sabah”a 74:115 hesabıyla məğlub olmuşdu.


