“Real”ın futbolçuları – almaniyalı müdafiəçi Antonio Rüdiger və ingiltərəli yarımmüdafiəçi Cud Bellingem arasında münaqişə yaşanıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən oyunçular arasında komandanın məşqçi zamanı münaqişə yaşanıb. İkitərəfli oyun zamanı futolçulardan biri digərinə sərt badalaq gəlib. Nəticədə onlar az qala əlbəyaxa olublar. Ancaq komanda yoldaşları ehtirasları qızışmağa qoymadan tərəfləri ayırıblar. Məşqin sonunda isə hər iki futbolçu əl sıxaraq “keçənə – güzəşt” deyib barışıblar.
Yeri gəlmişkən, Cud Bellingem Antonio Rüdigerlə, məşq zamanı ondan sərt badalaq alması nəticəsində münaqişə yaşadığı haqda xəbəri şərh edib:
“Bu, futboldur. Meydanda hisslər qızışanda, bu, təbiidir. Bu, kütləvi informasiya vasitələrində qızışdırılır, bu da təbiidir. Komandada hörmət və dürüstlük olunca isə hər şey qaydasındadır”, deyə ingilis futbolçu vurğulayıb.


