Ben Brereton Dias yenidən İngiltərədə

Futbol üzrə Çili milli komandasının və İspaniyanın “Vilyarreal” klubunun hücumçusu Ben Brereton Dias “Şeffild Yunayted”ə keçib.

Arena.az xəbər verir ki, İngiltərə klubu 24 yaşlı forvardı icarəyə götürüb.

Bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Diasın bu mövsümün sonuna kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb.

Xatırladaq ki, Ben Brereton Dias 2023-cü ilin iyul ayında İngiltərənin “Bləkbörn” klubundan ayrılaraq “Vilyarreal”a keçmişdi. O, La Liqa təmsilçisində 20 oyuna çıxsa da, qol vura bilməyib.

Ben Brereton Diasın əvvəlki karyerası məhz İngiltərə ilə bağlıdır. “Mançester Yunayted”in futbol akademiyasından çıxmış futbolçu bu ölkədə “Bləkbörn”dən başqa “Nottingem Forest”də də oynayıb. O, Çili milli komandasının heyətində 27 oyuna çıxıb, 7 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: