Böyük Britaniyanın Çester məhkəməsində “Mançester Siti”nin 28 yaşlı fransalı müdafiəçisi Benjamin Mendinin işi üzrə dinləmələr keçirilib.
Arena.az bu barədə “The Guardian”a istnadən məlumat verir.
Xatırladaq ki, Benjamin Mendi yeddi zorlamada, həmçinin bir tacizdə və cinsi təcavüzdə ittiham edilirdi.
Bundan əvvəl, məhkəmə ilk yeddi maddə üzrə ittihamları ləğv edib, bu gün qalan iki maddə üzrə müvafiq qərarlar qəbul edilib.
“Şəhərlilər”in sabiq oyunçusu Çester Kral Məhkəməsində zorlama və zorlamaya cəhddə təqsirli bilinməyib. Beləliklə, Fransa yığmasının sabiq futbolçusu üzərindən bütün ittihamlar götürülüb.
Xatırladaq ki, 2023-cü ilin yanvarında Mendi üzərindən altı zorlama və bir cinsi təcavüz təqsiri götürülmüşdü. Hətta bundan əvvəl, Benjamin Mendi məclislərin birində onları zorladığını deyən iki qızın ittihamları üzrə bəraət qazanmışdı.


