Futbol üzrə Fransa milli komandasının və “Çelsi”nin müdafiəçisi Benua Badyaşil bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransalı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. İtaliya klubu mövsümün sonunda Badyaşilin transfer hüquqlarını da ala bilər.
Badyaşil 2023-cü ildə “Monako”dan 35 milyon avro müqabilində “Çelsi”yə keçib. 25 yaşlı futbolçu London təmsilçisinin heyətində bütün turnirlərdə 71 matça çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Benua Badyaşil “Monako”nun yetirməsidir. O, bu klubun əsas komandasında 135 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Mərkəz müdafiəçisi Fransa yığmasında da 2 oyuna çıxıb.



