Türkiyə çempionu “Qalatasaray”ın cari mövsümün əvvəlində “Ceona”ya icarəyə verdiyi Berkan Kutlu yenidən İstanbul klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa nəhəngi sosial media hesabında paylaşım edib.
Berkan Kutlu 2023/2024 mövsümünün əvvəlində bir mövsümlük icarəyə verildiyi “Cenoa”da cəmi 8 oyuna çıxıb. Dayaq yarımmüdafiəçisi İtaliya klubunda məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Onun icarədən vaxtından öncə qayıtmasının səbəbləri açıqlanmır.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi 2021-ci ilin yayından “Qalatasaray”da çıxış edirdi. O, İstanbul nəhənginin heyətində 84 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Türkiyəli futbolçu “Qalatasaray”la 2022/2023 mövsümündə Super Liqa çempionu olub.
Berkan “Qalatasaray”dan öncə “Alanyaspor”, “Syon” və “Monte” kimi klublarda da forma geyinib. O, 2021-ci ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında indiyə qədər 8 oyuna çıxıb və fərqlənə bilməyib.
“Qalatasaray” vaxtilə Berkanın “Alanyaspor”dan transferi üçün 4 milyon avro ödəyib. Onun bu klubla sözləşməsinin müddəti 2026-cı ilin 30 iyununa kimidir.
Bahar Rüstəmzadə


