Futbol üzrə İspaniya La Liqasının 36-cı turu çərçivəsində keçirilmiş “Xetafe” ilə səfər oyunu Bilbao “Atletik”i üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 2:0 hesablı qələbə qazanmış “Atletik” növbəti mövsümün UEFA Çempionlar Liqasında iştirakını təmin edib.
“Atletik” 36 oyundan topladığı 67 xalla İspaniya La Liqasından Çempionlar Liqasına vəsiqə verən, yarış cədvəlinin 4-cü pilləsində mövqeyini möhkəmlədib.
Xatırladaq ki, Bilbao təmsilçisi qitənin ən mötəbər klub yarışında sonuncu dəfə 2014/2025-ci illər mövsümündə iştirak edib.
Xatırladaq ki, cari mövsümün Avropa Liqasının yarımfinalına qədər gəlmiş “Atletik”, elə özü kimi, yarışın qalibi olmağa ən əsas namizədlərdən olan İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşıb və hər iki oyunda gözlənilmədən böyük hesabla məğlub olub (evdə 0:3; səfərdə 1:4). Beləliklə “Atletik” mayın 21-də doğma stadionu “San-Mames”də keçiriləcək Avropa Liqasının finalına yüksələ bilməyib.


