Billi Gilmor “Çelsi” ilə yeni müqavilə imzaladı

İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Billi Gilmor ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədərdir. Əvvəlki sözləşmənin müddəti bu yay başa çatırdı.

Billi Gilmir “Reyncers”in yetirməsidir. Şotlandiyalı futbolçu 2017-ci ildə “Çelsi”yə transfer olunub. 2019-cu ildən isə o, “Çelsi”nin əsas komandasında forma geyinməyə başlayıb. Amma Gilmor, “zadəganlar”ın heyətində cəmi 11 rəsmi matça çıxıb. Şotlandiya yığmasının da üzvü olan 21 yaşlı futbolçu, ötən mövsümü icarə əsasında “Norviç Siti”də keçirib. Yarımmüdafiəçi milli komandada 14 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: