Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Şimal” “Şahdağ Qusar”la, “Mingəçevir” də “Gəncəbasar”la ev oyununda darmadağına üzülüb. “Baku Sportinq”in qonağı olmuş “Səbail” də səfərdən 3 xalla qayıdıb.
3-cü tura sentyabrın 18-də keçiriləcək “Xankəndi” – MOİK oyunu ilə yekun vurulacaq.
Birinci Liqa
3-cü tur
16 sentyabr
“Karvan” – “Zaqatala” 3:0
Qollar: İbrahim Əliyev, 14; 22. Elçin Mustafayev, 45+3.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Aydın Bəxşiyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu, 16:30.
17 sentyabr
“Şimal” – “Şahdağ Qusar” 1:4
Qollar: Ceyhun Kəlbəliyev, 74 – Ürfan İsmayılov, 7. Seymur Məmmədov, 37. Famil Camalov, 83. Mehrac Baxşalı, 86.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Mingəçevir” – “Gəncəbasar” 0:3
Qollar: Dileyn Açimi, 39-pen; 73-pen. Süleyman Əhmədov, 80.
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30.
“Baku Sportinq” – “Səbail” 0:1
Qol: Yan Said, 28.
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Baku Sportinq Arena”, 16:30.
18 sentyabr
“Xankəndi” – MOİK
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.


