Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Xankəndi” MOİK-i qəbul edib. “Hərbçilər” yekunda inamlı qələbəyə seviniblər.
Birinci Liqa
3-cü tur
16 sentyabr
“Karvan” – “Zaqatala” 3:0
Qollar: İbrahim Əliyev, 14; 22. Elçin Mustafayev, 45+3.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Aydın Bəxşiyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu, 16:30.
17 sentyabr
“Şimal” – “Şahdağ Qusar” 1:4
Qollar: Ceyhun Kəlbəliyev, 74 – Ürfan İsmayılov, 7. Seymur Məmmədov, 37. Famil Camalov, 83. Mehrac Baxşalı, 86.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Mingəçevir” – “Gəncəbasar” 0:3
Qollar: Dileyn Açimi, 39-pen; 73-pen. Süleyman Əhmədov, 80.
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30.
“Baku Sportinq” – “Səbail” 0:1
Qol: Yan Said, 28.
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Baku Sportinq Arena”, 16:30.
18 sentyabr
“Xankəndi” – MOİK 0:2
Qollar: Bilal İsamyılov, 66; 90.
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.



