Blatter və Platini üzərindən dələduzluq damğası silindi

FIFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini İsveçrə məhkəməsi tərəfindən bəraət alıblar.

Arena.az jurnalist Rob Harrisə istinadən məlumat verir ki, hər iki keçmiş məmur dələduzluq üzrə ittiam edildikləri məhkəmə işi üzrə çəkişmədən “süddən çıxmış ağ qaşıq” olaraq bəraət qazanıblar.

Məhkəmə daha əvvəl verdiyi hökmü rəsmən təsdiqləyib.

Xatırladaq ki, Blatter və Platini 2021-ci ilin noyabr ayında dələduzluq ittihamı ilə üzləşmişdilər. Keçmiş məmurlar vəsaitlərin qeyri-qanunu mənimsənilməsində, cinayətkar qeyri-səmərəli idarəçilikdə, həmçinin sənədlərin saxtalaşdırılmasında ittiham edilirdilər. Təhqiqat üçün əsas FIFA və UEFA-nın büdcələrindən 2,3 milyon ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsi olmuşdu. Bu mənzərədə müddəi (prokuror) Blatter və Platinini şərti olaraq 1 il 8 ay müddətinə həbs cəzasına məhkum etməyi tələb edirdi.

Əlavə edək ki, Yozef Blatter və Mişel Platini öz təqsirlərini inkar edir və müvafiq məbləğin məsləhət xidmətləri müqabilində ödənilməsi haqda öncədən razılaşdırıldığını iddia edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: