Boks Krakov-2023-ün proqramına daxil edildi

Boks idman növü Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarının proqramına daxil edilib.

Arena.az xəbər verir ki, bununla bağlı Avropa Olimpiya Komitəsi və təşkilatçılar qərar veriblər.

Boksçular əvvəlki Avropa Oyunlarında da mübarizə aparıblar. 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə bu idman növü üzrə mükafatçılar bəlli olub.

Bununla da Krakov-2023-də idman növlərinin sayı 8-ə çatıb. Daha öncə badminton, çimərlik həndbolu, avarçəkmə, karate, müasir beşnövçülük, atıcılıq və taekvondo proqrama daxil olunub. Digər növlərlə bağlı yaxın müddətdə yekun qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan boksçuları Bakı-2015-də 11 (6-1-4), Minsk-2019-da 2 (1-0-1) medal qazanıblar.