Bonuççi: “İspanlarla oyunlarımız həmişə əntiqə olur”

İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi UEFA Millətlər Liqasının yarımfinalında İspaniyaya qarşı keçirəcəkləri oyun haqda danışıb.

Arena.az UEFA-nın mətubat xidmətinə istinadən Bonuççinin sözlərini diqqətinizə çatdırır:

“İspaniya ilə oyunlar həmişə əntiqə olur. Bu oyunlarla bağlı həm xoş, həm də kədərli xatirələrim var. Ən sevindirici məqamlardan biri Avropa çempionatının yarımfinalındakı qələbədir. Parisdə keçirilmiş AÇ-2016-dakı qələbə də başqa bir gözəl xatirədir. Həmin gün çox yaxşı oynadıq. Amma sabah fərqli bir oyun olacaq, İspaniyanın indi başqa məşqçisi və bir çox yeni gənc oyunçusu var.

İnsanlar bugünkü oyunu izləmək üçün səbirsizlənirlər, çünki dünya çempionatında iştirakı əldən verdikdən sonra meydanda həll etməli olduğumuz çox şey var. İspaniya nəyə qadir olduğunu göstərmək istəyəcək. Parlaq yarımfinal gözləyirik.

Mən İspaniyanın topa çox sahib olmasını və geniş oynamasını gözləyirəm. Düşünürəm ki, həvəslə bizimlə fiziki təmasa gedəcəklər. Bizə tərəfimizdən topa çox sahib olmaq, topa sahib olduğumuz zaman səhv etməmək və ispanların qapısında təhlükəli anlardan istifadə etmək lazımdır”.

Xatırladaq ki, UEFA Millətlər Liqasının yarımfinalında İspaniya və İtaliya yığmaları qarşılaşacaq. Oyun bu gün, iyunun 15-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: