“Borussiya” 6 cavabsız qola üzüldü

Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Ştutqart” – “Herta” matçında qalib müəyyənləşməyib.

Turun qapanış matçında Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Frayburq”la qarşılaşıb. Qonaqlar bu oyunda 6 cavabsız qola seviniblər.

Almaniya Bundesliqası
14-cü tur
3 dekabr

Union Berlin – Leyptsiq 2:1
Qol: Avoniyi, 6. Baumqartl, 57 – Nkunku, 13.

4 dekabr

Arminiya – Köln 1:1
Qol: Lasme, 59 – S.Özcan, 17.

Auqsburq – Bohum 2:3
Qol: Qreqoritş, 57. Kaliciuri, 86 – Polter, 23; 45+2. Holtmann, 40.

Bayer – Qroyter 7:1
Qol: Adli, 12. Tapsoba, 17. Hinkapye, 45. Şik, 49; 69; 74; 76 – Dudjyak, 33.

Maynts – Volfsburq 3:0
Qol: Burkardt, 2. Stax, 4. Lakrua, 90-öz qapısına.

Borussiya (Dortmund) – Bayern 2:3
Qol: Brandt, 5. Haland, 48 – Levandovski, 9; 77-pen. Koman, 44.

5 dekabr

Ştutqart – Herta 2:2
Qol: Marmuş, 15. Forster, 19 – Yovetiç, 40; 76.

Borussiya (Mönhenqladbax) – Frayburq 0:6
Qol: Eggeştayn, 2. Şade, 5. Linhart, 12. Hofler, 19. Holer, 25. Şlotterbek, 37.