Almaniyanın “Borussiya” (Mönxenqladbax) komandasının baş məşqçisi Adi Hütter istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Avstriyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın geridə qalan 2021/22 mövsümündə o qədər də uğurlu çıxış etməməsi səbəb olub. Belə ki, Mönxenqladbax təmsilçisi Bundesliqanı 10-cu pillədə başa vurub. Komanda 34 oyuna cəmi 12 qələbə qazana və 45 xal toplaya bilib.
Adi Hütter 2021/22 mövsümünün əvvəlindən “Borussiya”nı çalışdırırdı. O, bu müddət ərzində komandanı 37 rəsmi matça çıxarıb. 14 qələbə qazanan Mönxenqladbax təmsilçisi 9 heç-heçə edib, 14 məğlubiyyətlə üzləşib.


