“Borussiya” “Leyptsiq”ə uduzdu, lider qələbə qazandı

Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

“Bohum” “Hoffenhaym”ı, “Volfsburq” “Auqsburq”u məğlub yola salıb. “Ştutqart” isə evdə “Arminiya”ya uduzub.

Lider “Bayern” bu turda “Frayburq”u sınağa çəkib və çətin qələbəyə sevinib.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Leyptsiq”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu matç da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Almaniya Bundesliqası
11-ci tur
5 noyabr

Maynts – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Vidmer, 76 – Noyhaus, 38.

6 noyabr

Bayern – Frayburq 2:1
Qol: Qoretska, 30. Levandovski, 75 – Haberer, 90+3.

Bohum – Hoffenhaym 2:0
Qol: Novotnı, 66. Pantoviç, 90+7.

Volfsburq – Auqsburq 1:0
Qol: Nmeça, 14.

Ştutqart – Arminiya 0:1
Qol: Okuqava, 19.

Leyptsiq – Borussiya (Dortmund) 2:1
Qol: Nkunku, 29. Poulsen, 68 – Roys, 52.

7 noyabr

18:30. Herta – Bayer
20:30. Köln – Union Berlin
22:30. Qroyter – Ayntraxt

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: