“Borussiya” qol silahını itirdi

Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Erlinq Haland zədələnib.

Arena.az xəbər verir ki, norveçli futbolçu Bundesliqasının 24-cü turu çərçivəsində baş tutan “Bavariya” ilə səfər oyununda sıradan çıxıb.

Haland, qarşılaşmanın 62-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. 20 yaşlı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Bavariya” – “Borussiya” matçı meydan sahiblərinin qələbəsiylə başa çatıb. Dortmund təmsilçisinin hər iki qoluna ilk hissədə Haland imza atıb. Amma qalan dəqiqələrdə dörd qol buraxan qonaqlar meydanı məğlubiyyətlə tərk ediblər – 2:4.