Dortmund “Borussiya”sı 19 yaşlı alman mərkəz yarımmüdafiəçisi Kyell-Arik Vetyeni icarə müqaviləsi əsasında “Boxum”a göndərib.
Arena.az bu barədə Dortmund təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Keçid növbəti mövsüm müddətini əhatə edəcək və məccani əsasda gerçəkləşəcək. Vetyen iyul ayının 1-dən “Boxum”un xidmətində olacaq.
Kyell-Arik Vetye Dortmund “Borussiya”sının məzunudur. Gənc futbolçunun “eşşəkarıları” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Vetyen Dortmund təmsilçisi üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib, ümumilikdə isə “eşşəkarıları” üçün 4 oyuna 1 məhsuldar ötürmə fərqlənib.
Vetyen Almaniyanın U-16, U-17 və U-19 yığmalarına cəlb edilib.
Vetyenin qənimətlər muzeyində “bundestim”in U-17 yığması ilə qazandığı 2023-cü il Avropa Çempionatı var.
“Transfermarkt” internet-portalı 19 yaşlı alman mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


