“Borussiya”lardan biri qalib gəldi, digəri uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Bayer” bu turda “Auqsburq”u sınağa çəkib və doğma meydanda darmadağəna sevinib. Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”ın qonağı olub. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Mönhenqladbax “Borussiya”ası isə “Union Berlin”lə matçda növbəti məğlubiyyətə üzülüb.

“Qroyter” “Maynts”ı, “Frayburq” isə “Ştutqart”ı məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Bohum” – “Köln” matçında qalib müəyyənləşməyib.

Turun son matçında lider “Bayern” Berlində “Herta”nın müqavimətini qırmağa çalışacaq.

Almaniya Bundesliqası
20-ci tur
21 yanvar

Ayntraxt – Arminiya 0:2
Qol: Vimmer, 5. Şöpf, 27.

22 yanvar

Bayer – Auqsburq 5:1
Qol: Bellarabi, 9. Diabi, 24; 65; 69. Alario, 81.

Borussiya (Mönhenqladbax) – Union Berlin 1:2
Qol: Kone, 40 – Kruse, 18; 84.

Qroyter – Maynts 2:1
Qol: Dudzyak, 12. Bell, 66-öz qapısına – Onisivo, 90+3.

Frayburq – Ştutqart 2:0
Qol: İto, 37. Şade, 72.

Hoffenhaym – Borussiya (Dortmund) 2:3
Qol: Kramariç, 45+1. Rutter, 77 – Haland, 6. Roys, 55. Raum, 66-öz qapısına.

Bohum – Köln 2:2
Qol: Holtmann, 25. Asano, 70 – Hubers, 36. Modeste, 45.

23 yanvar

18:30. Leyptsiq – Volfsburq
20:30. Herta – Bayern

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: