“Borussiya”ların biri evdə, digəri səfərdə sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı “Auqsburq”la, Mönhenqladbax “Borussiya”sı isə “Volfsburq”la qarşılaşıb. Dortmundlular evdə, mönhenqladbaxlılar səfərdə qələbə qazanıblar.

“Herta” doğma meydanda “Qroyter”ə uduzub. “Ştutqart” “Hoffenhaym”ı, “Leyptsiq” isə “Bohum”u məğlub yola salıb.

Almaniya Bundesliqası
7-ci tur

1 oktyabr

Köln – Qroyter 3:1
Qol: Andersson, 50. Skhiri, 55; 89 – Meyerhofer, 7.

2 oktyabr

Borussiya (Dortmund) – Auqsburq 2:1
Qol: Gerreyro, 10. Brandt, 51 – Zeqiri, 35.

Volfsburq – Borussiya (Mönhenqladbax) 1:3
Qol: Valdşmidt, 25 – Embolo, 5. Hofmann, 7.

Herta – Qroyter 1:2
Qol: Pyontek, 70 – Linhart, 17. Petersen, 78.

Ştutqart – Hoffenhaym 3:1
Qol: Kempf, 18. Mavropanos, 60. Massimo, 81 – Larsen, 84.

Leyptsiq – Bohum 3:0
Qol: A.Silva, 70. Nkunku, 73; 78.

3 oktyabr

17:30. Maynts – Union Berlin
19:30. Bayern – Ayntraxt
21:30. Arminiya – Bayer