Nüfuzlu “Transfermarkt” internet-portalı Böyük futbol beşliyi xaricində çıxış edən ən bahalı futbolçuların siyahısını təqdim edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Palmeyras”ın braziliyalı mərkəz hücumçusu, yeniyetmə ulduz Endrik və Lissabon “Sportinq”inin isveçli hücumçusu Viktor Dyokereş yer alıblar.
Xatırladaq ki, Endrik “Real”la müqavilə imzalayıb və bu yay 18 yaşının tamamında Madridə köçəcək.
Böyük futbol beşliyi xaricində çıxış edən ən bahalı futbolçuların ilk onluğunu təqdim edirik:
- Endrik (55 milyon avro, “Palmeyras”);
- Viktor Dyokereş (55 milyon avro, “Sportinq”, Lissabon);
- Juan Nevis (45 milyon avro, “Benfika”);
- Antonio Silva (45 milyon avro, “Benfika”);
- Santyaqo Ximenes (45 milyon avro, “Feyenoord”);
- Dioqo Kosta (45 milyon avro, “Portu”);
- Neymar (45 milyon avro, “Əl-Hilal”);
- Usman Dyomande (40 milyon avro, “Sportinq”, Lissabon);
- Joan Bakayoko (40 milyon avro, PSV);
- Qonsalo İnasio (40 milyon avro, “Sportinq”, Lissabon).


