Premyer Liqa təmsilçisi “Brayton” ötən maliyyə ili üzrə vergilərdən sonra 143 milyon avro məbləğində mənfəət əldə etdiyini açıqlayıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Həmçinin bildirilir ki, bu dövr ərzində dövriyyə klub tarixində ən yüksək göstərici olub. “Qağayılar”ın dövriyyəsi 17,2% artaraq 238 milyon avroya məbləğə çatıb.
Vurğulayaq ki, göstərilmiş məbləğlərə Moyses Kaysedo və Robert Sançesin “Çelsi”yə satışından əldə edilmiş maliyyə vəsaiti daxil deyil.
Xatırladaq ki, “Çelsi” Kaysedonu keçən yay bu klubdan 116 milyon avro məbləğ müqabilində almışdı. Sançes isə elə həmin yay sözügedən klubdan 23 milyon avro məbləğ müqabilində “zadəganlar”a qoşulmuşdu.
Hazırda italyan mütəxəssis Roberto De Zerbinin çalışdırdığı “Brayton” İngiltərə Premyer Liqasının yarış cədvəlində 29 oyundan 42 xalla 9-cu yerdə qərarlaşıb.


