Səhhətində fəsadlar yaşayan 30 yaşlı braziliyalı bütün var-dövlətini PSJ-nin ulduz hücumçusu Neymara rəsmən vəsiyyət edib.
Arena.az bu barədə “Metropoles”ə istinadən məlumat verir.
“31 yaşım olsa da, səhhətim o qədər də yaxşı deyil və bu səbəbdən də həqiqətən anladım ki, öləcəyim təqdirdə əşyalarımı qoyub gedəcək kimsəm yoxdur.
Neymarı bəyənirəm, özümü onunla bir çox cəhətdən eyniləşdirirəm. Mən də böhtandan əziyyət çəkirəm, həm də ailə başçısıyam. Onun atası ilə münasibəti mənə, artıq vəfat etmiş atamla olan münasibətimi xatırladır. Amma ilk növbədə onu bilirəm ki, o, pul üçün yaşamır. Bu günlərdə belə şey nadir haldır.
Mən hökumətin və ya yaxınlarımın bundan xəbərdar olmasını həqiqətən istəmirəm. Mən onlarla anlaşmıram. Bu barədə Neymara deməyə çalışdım, amma heç bir faydası olmadı”, deyə braziliyalı vətəndaş bildirib.
Xatırladaq ki, Neymar özünün qeyri-nümubəvi davranışı və həyat tərzi ilə mütəmadi surətdə mətbuatın qınaq obyektinə çevrilir. Braziliya millisinin də üzvü olan ulduz futbolçunun hoqqaları “sarı mətubat”ın gündəmindən düşmür.


