Bruno Franko daha bir il “Araz-Naxçıvan”da!

“Araz-Naxçıvan”ın braziliyalı legioneri, 28 yaşlı sol cinah müdafiəçisi Bruno Franko Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, cinah müdafiəçisi daha 1 il bu komandanın uğurları üçün çalışacaq.

Bruno Franko “Araz-Naxçıvan”a 2025-ci ilin yayında Bolqarıstanın “Lokomotiv” (Sofiya) klubundan keçib. O, ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 27 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Franko “Lokomotiv”dən öncə Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branko”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.

Xatırladaq ki, “Araz-Naxçıvan” bu yay Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro və Mustafa Əhmədzadə ilə də yeni müqavilə bağlamışdı. Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara və Abdallah Sudini heyətinə qatmış Naxçıvan klubu Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasovla da yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: