Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 30-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Auqsburq” – “Ayntraxt” matçında qapılara qol vurulmayıb. “Sankt Pauli” – “Bayer” görüşündə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Ən maraqlı görüşlərdən biri də Dortmund və Mönhenqladbax “Borussiya”ları arasında baş tutub. Beş qolun qeydə alındığı bu görüş meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.
Beləliklə, geridə qalmış 30 turdan sonra 72 xala malik “Bayern” vahid liderdir. “Bayer” 64 xalla ikinci, “Ayntraxt” isə 52 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 49, “Frayburq”un 48, “Maynts”ın 47, Dortmund “Borussiya”sının və “Verder”in 45, Mönhenqladbax “Borussiya”sının 44 xalı var.
Almaniya, Bundesliqa
30-cu tur
19 aprel
Frayburq – Hoffenhaym 3:2
Qollar: Holer, 28; 57. Doan, 36 – Bulter, 45+2. Kramariç, 45+5.
Haydenhaym – Bayern 0:4
Qollar: H.Keyn, 13. Laymer, 19. Koman, 36. Kimmix, 56.
Manyts – Volfsburq 2:2
Qollar: Li, 37. Kohr, 40 – Arnold, 3. Vavro, 89.
Leypsiq – Holştayn 1:1
Qollar: Şeşko, 74-pen – Maşino, 44.
Verder – Boxum 1:0
Qol: Vayzer, 80.
Union Berlin – Ştutqart 4:4
Qollar: İliç, 5; 45+6. Leyte, 19. Querfeld, 38 – Undav, 23. Millo, 29. Şabo, 43. Fuhrix, 45+1.
20 aprel
Auqsburq – Ayntraxt 0:0
Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 3:2
Qollar: Girassi, 41. Nmeça, 44. Svensson, 45+5 – İtakura, 24. Ştoger, 56-pen.
Sankt Pauli – Bayer 1:1
Qollar: Buxalfa, 78 – Şik, 32.


