Bundesliqa: “Bayern”dən 7 cavabsız qol

Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda son çempion “Bayern” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib. Münhen nəhəngi bu görüşdə rəqibini əzici hesabla məğlub edib. Belə ki, “Bayern” 3 xalı 7 cavabsız qolla qazanıb.

4-cü turun qalan görüşləri sentyabrın 19-da və 20-də keçiriləcək.

Almaniya, Bundesliqa
4-cü tur

18 sentyabr

Bayern – Union Berlin 7:0

19 sentyabr

17:30. Borussiya (Mönhenqladbax) – Maynts
17:30. Ayntraxt – Frayburq
17:30. Hamburq – Köln
17:30. Verder – Auqsburq
20:30. Ştutqart – Borussiya (Dortmund)

20 sentyabr

17:30. Bayer – Leypsiq
19:30. Şalke – Elversberq
21:30. Paderborn – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: