Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Elversberq”ə, “Hoffenhaym” Dortmund “Borussiya”sına, “Paderborn” isə “Frayburq”a məğlub olub. “Bayer” evdə “Union Berlin”i 4 cavabsız qolla yenibsə, “Verder” “Leypsiq”i xalsız yola salıb. Səfərdə “Şalke” ilə qarşılaşmış son çempion “Bayern” isə bu görüşdə xal itkisi ilə üzləşib.
Qeyd edək ki, 2-ci turun qalan görüşləri sentyabrın 6-da baş tutacaq.
Almaniya, Bundesliqa
2-ci tur
4 sentyabr
Ştutqart – Köln 4:1
5 sentyabr
Borussiya (Mönhenqladbax) – Elversberq 3:4
Bayer – Union Berlin 4:0
Hoffenhaym – Borussiya (Dortmund) 2:3
Paderborn – Frayburq 0:1
Verder – Leypsiq 3:1
Şalke – Bayern 0:0
6 sentyabr
17:30. Hamburq – Maynts
19:30. Ayntraxt – Auqsburq


