Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Auqsburq” – “Bayer” matçında qalib müəyyənləşməyib. “Köln” – “Verder” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Dortmund “Borussiya”sı evdə “Paderborn”u 3 cavabsız qolla yenibsə, Mönhenqladbax “Borussiya”sı səfərdə “Frayburq”a 5 cavabsız qolla uduzub.
“Hoffenhaym” “Ştutqart”ı xalsız yola salıb. “Maynts” isə “Ayntraxt”la ev oyununda xalsız qalıb.
Qeyd edək ki, 3-cü turun qalan oyunları bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
3-cü tur
11 sentyabr
Union Berlin – Şalke 1:3
12 sentyabr
Auqsburq – Bayer 2:2
Borussiya (Dortmund) – Paderborn 3:0
Frayburq – Borussiya (Mönhenqladbax) 5:0
Hoffenhaym – Ştutqart 2:1
Maynts – Ayntraxt 1:3
Köln – Verder 1:1
13 sentyabr
17:30. Leypsiq – Hamburq
19:30. Elversberq – Bayern


