Bundesliqa: Dortmund “Borussiya”sından əzmkar qələbə

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış qarşılaşmasında Dortmund “Borussiya”sı səfərdə “Frayburq”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər. İlk yarıda məğlub duruma düşən Dortmund təmsilçisi son 13 dəqiqədə vurduğu 3 qol sayəsində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

Bundesliqada 2-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

Almaniya Bundesliqası
2-ci tur
12 avqust

Frayburq – Borussiya (Dortmund) 1:3
Qol: Qreqoriç, 35 – Bayno-Gittens, 77. Mukoko, 84. Volf, 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: