Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
“Hamburq” doğma meydanda “Maynts”a 5 cavabsız qolla uduzub. “Ayntraxt” – “Auqsburq” görüşündə də qapılara 5 qol vurulub. Bu oyunda da qonaqlar darmadağına seviniblər.
Beləliklə, geridə qalmış 2 turdan sonra “Auqsburq”, “Frayburq”, Dortmund “Borussiya”sı və “Elversberq” itkisiz irəliləyirlər – 6 xal. “Maynts”la “Bayern”in isə 4 xalı var.
Almaniya, Bundesliqa
2-ci tur
4 sentyabr
Ştutqart – Köln 4:1
5 sentyabr
Borussiya (Mönhenqladbax) – Elversberq 3:4
Bayer – Union Berlin 4:0
Hoffenhaym – Borussiya (Dortmund) 2:3
Paderborn – Frayburq 0:1
Verder – Leypsiq 3:1
Şalke – Bayern 0:0
6 sentyabr
Hamburq – Maynts 0:5
Ayntraxt – Auqsburq 1:4


