Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 4-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” öz meydanında “Bohum”la qarşılaşıb. Oyun minimal hesablı üstünlüklə frayburqluların xeyrinə nəticələnib.
Turun qalan görüşləri şənbə və bazar günlərində keçiriləcək.
Almaniya Bundesliqası
4-cü tur
26 avqust
Frayburq – Bohum 1:0
Qol: Qrifo, 48.
27 avqust
17:30. Herta – Borussiya (Dortmund)
17:30. Hoffenhaym – Auqsburq
17:30. Maynts – Bayer
17:30. Leypsiq – Volfsburq
17:30. Şalke – Union Berlin
20:30. Bayern – Borussiya (Mönxenqladbax)
28 avqust
17:30. Köln – Ştutqart
19:30. Verder – Ayntraxt


