Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 3-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Union Berlin” doğma meydanda “Şalke” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda “Şalke” səfərdə inamlı qələbəyə sevinib.
Qeyd edək ki, 3-cü turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
3-cü tur
11 sentyabr
Union Berlin – Şalke 1:3
12 sentyabr
17:30. Auqsburq – Bayer
17:30. Borussiya (Dortmund) – Paderborn
17:30. Frayburq – Borussiya (Mönhenqladbax)
17:30. Hoffenhaym – Ştutqart
17:30. Maynts – Ayntraxt
20:30. Köln – Verder
13 sentyabr
17:30. Leypsiq – Hamburq
19:30. Elversberq – Bayern


