Türkiyəli futbol mütəxəssisi Burak Yılmaz Super Liqada mübarizə aparan “Kasımpaşa”nın baş məşqçisi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Yılmazla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 39 yaşlı mütəxəssis İstanbulun Beyoğlu ilçəsini təmsil edən komandanı 2025-ci ilin əvvəlindən çalışdırırdı. Yılmazın rəhbərliyi ilə “Kasımpaşa” ötən mövsüm Türkiyə Super Liqasını 10-cu pillədə başa vurub.
Burak Yılmaz daha öncə “Kayserispor”un baş məşqçisi olub. O, bir müddət “Beşiktaş”da da baş məşqçi kimi çalışıb.


