“Neftçi” ilə yollarını ayıran Cabir Əmirli bundan sonrakı karyerasını “Səbail”də davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi ilə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt” klubunda çıxış edib. O, 2020/21 mövsümündə “Neftçi”nin heyətində 5 oyuna çıxıb. Müdafiəçi əvvəllər “Keşlə”də də forma geyinib.
“Səbail” Cabirdən öncə Şəhriyar Rəhimov və Məhəmməd Mirzəbəyovu da transfer etmişdi.


