Cabir Əmirli “Səbail”də qaldı – Rəsmi

2024/2025 mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Səbail” sağ cinah müdafiəçisi Cabir Əmirli ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Cabir Əmirli “Səbail”ə 2021-ci ilin yayında “Neftçi”dən gəlib. O, 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb. Əmirli paytaxt klubunun heyətində indiyə qədər bütövlükdə 82 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi daha öncə “İnter” (indiki “Şamaxı”), “Sumqayıt”, “Neftçi” və “Rəvan”da da forma geyinib.

Xatırladaq ki, “Səbail” daha öncə Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə və Süleyman Əhmədovla da müqaviləni yenilədiyini açıqlamışdı. Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayıran paytaxt klubu əvəzində Fərid Nəbiyevi transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: