Canluici Buffon İtaliya yığmasında yeni vəzifə alacaq

Futbol üzrə İtaliya yığmasının keçmiş qapıçısı, əfsanəvi Canluici Buffon milli komandanın heyətində vəzifəcə yüksələcək.

Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Canluici Buffon əvvəllər “skuadra adzurra”nın nümayəndə heyətinin rəhbəri olub və heç bir aşkar səlahiyyətə malik olmayıb. Bildirilir ki, Buffon bundan sonra ölkənin böyüklər və gənclərdən ibarət komandalarının idman direktoru olacaq.

Əfsanəvi qapıçı 2023-cü ildə futbol karyerasını başa vurduqdan sonra İtaliya yığmasında vəzifə alıb. Bundan əvvəl, Buffonun AÇ-2024-dəki uğursuzluqdan sonra “skuadra adzurra”nın düşərgəsini tərk edə biləcəyi bildirilirdi.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsində İtaliya yığması Albaniya (2:1), İspniya (0:1) və Xorvatiya (1:1) yığmaları ilə “B” qrupunda mübarizə aparıb. İtalyanlar bu mübarizəni 4 xalla qrupda 2-ci olaraq başa vurublar və ələmə mərhələsinə yüksəliblər. 1/8 finalda İtaliya millisi İsveçrə yığmasına 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionu adını təslim edib və evə əliboş geri dönüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: