Canluici Buffondan 5 min avroluq söyüş

İtaliya çempionu “Yuventus”un qapıçısı Canluici Buffon cəzalandırılıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qapıçı A Seriyasının 13-cü turunun “Parma” ilə oyunu (4:0) zamanı təhqiredici ifadələr işlətdiyi üçün 5 min avro məbləğində cərimələnib.

43 yaşlı qolkiper bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.