Canluici Donnarumma rəsmən PSJ-də

“Milan”dan ayrılan İtaliya millisinin qapıçısı Canluici Donnarumma bundan sonra karyerasını Fransada davam etdirəcək. Arena.az xəbər verir ki, 22 yaşlı qolkiper, gözlənildiyi kimi, PSJ klubuna keçib.

Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. İtalyan qolkiperlə müddəti 2026-cı ilin iyununa qədər olan müqavilə imzalanıb. O, Paris təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, Canluici Donnarumma “Milan”ın yetiməsidir. O, peşəkar karyerası ərzində yalnız bu klubun formasını geyinmişdi. A Seriyası nəhənginin heyətində 251 matça çıxan qolkiper, 88 matçı qol buraxmadan başa vurub. İtaliya millisinin üzvü bir neçə gün öncə başa çatan AÇ-2020-də turnirin ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı seçilmişdi.

PSJ bu yay həyata keçirdiyi transferlərlə əsas diqqət mərkəzində olan klublardan birinə çevrilib. Neymarla müqavilənin müddətini 2025-ci ilə qədər uzadan parislilər, daha öncə Corcinyo Veynaldum, Əşrəf Hakimi, Serxio Ramos və Lenni Manisanı transfer ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: