Canni İnfantino FIFA-dakı rüşvətxorluq iddialarına cavab verdi

FIFA prezidenti Canni İnfantino bildirib ki, onun işi sayəsində ali futbol qurumunda korrupsiyaya uğramış təşkilat simasına son qoyulub.

Arena.az “Das Magazin” alman nəşrinə istinadən İnfantinonun bu barədə fikirlərini təqdim edir:

“İnsanlarda kifayət qədər güclü paxıllıq var və paxıllıq ciddi xəstəlikdir. Mən FIFA prezidenti olmamışdan əvvəl jurnalistlər burada FIFA-nın mənzil-qərargahının qarşısında düşərgə salırdılar və korrupsiya kanalları ilə axan milyonlar haqqında yazırdılar. Bu gün bu, artıq yoxdur. Ola bilsin ki, onlar hələ də almandilli ölkələrdə bizim haqqımızda belə düşünürlər, amma şübhəsiz ki, dünyanın qalan hissəsində belə deyil”, deyə FIFA prezidenti bildirib.

Xatırladaq ki, İnfantinonun təyinatından əvvəl FIFA prezidenti olmuş Yozef Blatter 2015-ci ildə korrupsiya qalmaqalına görə vəzifədən istefa verdiyini açıqlamışdı. Daha sonra Blatter 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: